/
20 min read
Bir OS / Sync — Performance Hub
Bir Ekosistem - Məhsul Dizayneri vəzifəsi üçün təyin edilmiş test tapşırığının həlli üzrə təqdimat.

01. İlkin tapşırığın təhlili və həll edilməli olan problemin təyini.
TLDR
Birinci addımda layihənin ilkin tapşırığını analiz edib anlamaqla əsas həll edilməli olan problemin təyin edilməsi əsas hədəf olaraq təyin edildi.
Dəyərləndirmə və performansın artırılması prosesləri rəhbərlərin komandanın resurslar əsasında idarəsi yanaşmasına əlaqələndirildi.
Rəhbərlərin bu işlərin icrası üzrə maraqlarının onların hədəfləri ilə resursları arasında uzlaşmanın yaradılması olduğu təyin edildi.
Rəhbərlərin öz performansının biznes maraqları üzrə dəyərləndirilməsində onların resurslarından istifadəsi ilə bağlı yaranan problemlər aşkarlandı.
Layihənin əsas problem qoyuluşu rəhbərlərin verilmiş işlərin icrası baxımından tətbiq etdiyi resursları optimizə etməsi olaraq seçildi.
Layihənin ilkin tapşırığının qəbulu və analizi.
Layihəyə başlamaq üçün ümumi verilən tapşırıq ilə tanış olduqdan sonra onu detallı olaraq analiz etməklə prosesə başladıq. Qoyulmuş problemin həllinə sadəcə onun tətbiqi deyil, ümumi məhsulu və aid olduğu biznes istiqamətini ələ almaqla yanaşdıq. Problemin həllinə olan yanaşmamız ilk öncə təyin edilmiş çətinlikləri və onların həlli ilə bağlı olan maraqları anlamaqla başladı. Bunun üçün də, ümumən şirkəti, onun məhsulunu, bu məhsuldan olan maraqlarını və bizə verilən tapşırıqdan olan gözləntilərini təyin etdik. Verilmiş tapşırığı tamamlamaq üçün bu prosesə sadəcə bir tapşırıq kimi deyil, əsas iş prosesinin tərkib hissəsi olaraq yanaşmaqla görüləcək işlər və onun addımlarını bu istiqamətdə təyin etdik. Beləcə, izləyəcəyimiz proses üçün ümumi yol xəritəsi yaratmış olduq.
Komanda strukturunun dəyərləndirilmə təcrübəsi.
Yekun həll daima problemin əvvəlindəki maraqların təmin olunması üçün təyin edildiyindən, proses də məhz onların əldə edilməsi ilə başlamalıdır. Məhsulun əsas funksionallığı qiymətləndirmə prosesi üzərində qurulub. Bu addım rəhbərlərin (və digər idarəedici subyektlərin) öz resursları (insan kapitalı, maliyyə, enerji, zaman və s.) üzrə olan idarəetmə proseslərinin tərkib hissəsidir. Rəhbərlərin öz idarə etdikləri komanda üzvləri üzərində icra etdiyi dəyərləndirmə prosesi onları təyin edilmiş istiqamətlərdə dəyərləndirməklə lazım olan göstəriciləri formalaşdırmaq üçün vacibdir. Eləcə də, dəyərləndirmə prosesinin tərkibi olaraq komanda üzvlərinin inkişaf etdirilməsi üçün təyin edilən tapşırıqlar da onların proseslərin hədəflərinə uyğunlaşdırılması üçün tətbiq edilməkdədir.
Dəyərləndirmə ümumi prosesin tərkib hissəsi kimi.
Bu zaman yaranan məlumatlar sadəcə rəhbərlərin (dəyərləndirməni təyin edən subyektlərin) deyil, eləcə də ondan istifadə edən bütün tərəflərin maraqlarına xitab edir. Dəyərləndirmə addımı ümumi proses döngüsünün ən əsas hissəsi olaraq çıxış edir. İstənilən prosesdən kənar olaraq isə, dəyərləndirmənin nəticəsi olaraq yaranan göstəricilər, təklikdə məlumat xarakteri daşımaqla mövcud ola bilər. İnsan kapitalının istifadəsi onların tapşırıqlar və işlərin icrası üzrə yönləndirilməsi əsasında baş verir. Rəhbərlərin buradakı funksiyası, onların təyin olunmuş hədəflərinin reallaşdırılması üçün öz resurslarından düzgün istifadəsi üzrə təyin edilir. Bu da onların resurslar və hədəflər arasındakı əlaqələr baxımından verdiyi qərarlardan və daha önəmlisi də, bu qərarların keyfiyyətindən və doğruluğundan ibarət olan proseslərin döngüsünü işarə edir.
Rəhbərlərin resurslarını idarəetməsində qərarların rolu.
Rəhbərlərin çalışma istiqamətlərindən biri də öz komanda üzvlərinin təyin olunmuş hədəflər üzrə düzgün istifadəsi və yönləndirilməsidir. Bu proses kompleks olmaqla birlikdə, ən əsas hissəsi rəhbərlərin qərarları və onların nəticələrinin izlənilməsi ilə bağlıdır. Belə ki, rəhbər müəyyən hədəf əsasında qərarlar formalaşdırır və onların nəticəsində hədəfin necə və hansı şəkildə əldə edilməsi təyin olunur. Bu proses boyunca, verilən qərarların düzgünlüyü (bilinən təməl prinsiplərin əsasında) onların keçmiş verilənlər, mövcud bilinənlər və yüksək təsdiqə malik olan göstəricilərdən istifadəsinə əsaslanması ilə bağlıdır. Beləcə, rəhbərin çalışma marağı olan resursların düzgün istifadəsində qərarların qəbulu önəm daşıyan bir addım olaraq formalaşmaqla birlikdə onun əsas hissəsini də verilənlərin istifadəsi kimi təyin edir. Praktiki olaraq çalışma əsasında bu məlumatın daha konkret konsepti komanda üzvlərinin fərqli amma əsasən performansa yönəlmiş verilənləri kimi təyin edilir. Bu da, rəhbərlərin ehtiyacını daha konkret olaraq təyin etmək üçün bizə imkan yaradır.
Məhsulun həll etdiyi problemin təyin edilməsi.
Rəhbərin ümumi olaraq bu prosesi izləməsi və bu işi icra etməsi onun vəzifə öhdəliyidir. Bu prosesə aid olan addımlar da həmçinin, yekun nəticələrin əldə edilməsi üçün vaciblik təşkil edir. Bu, bizə məhsulun ümumi funksiyası və rəhbərin iş sahəsindəki rolunu təyin etmək üçün imkan yaradır. Lakin, bununla da birlikdə bir problem formalaşmış olur. Buradakı problem, bu funksionallığın əsasən rəhbərin icra edəcəyi işi və bunun üçün olan tələblərini ifadə edir. Bu da o deməkdir ki, rəhbərlərin bu işi icra etməsindən olan hansı maraqların daha öncəlikli olması faktoru bizim üçün aydın deyil. Bunun da bir problem olmasının mahiyyəti belə ifadə edilə bilər ki, bizim yaradacağımız həll rəhbərin işini icra etməsi üçün təmin olunsa da, buradan gözlənilən marağın nə olmasını bilmək, görəcəyimiz işin problemləri həll edib-etməməsi və beləcə də, yekun olaraq öz nəticələrimizi ölçmək üçün bizə imkan yaradacaqdır.
Rəhbərlərin tabe olduğu rəhbərlik və onların maraqları.
Bir addım daha dərinə getsək, aydın olar ki, rəhbərin öz hədəflərini reallaşdırması, biznesin maraqlarını (rəhbərin tabe olduğu rəhbərliyin maraqlarını) göstərir. Bu baxımdan da, onun öz işini tamamlaması və bunu necə etməsi baxımından bir resurs kimi rəhbərin özü də, biznes tərəfdən dəyərləndirilir və maraqları istiqamətində qərarların alınmasında istifadə edilir. Bu zaman təbii olaraq, ortada bir çox problem ola bilər, nəticələrin əldə olunması, proseslərin keyfiyyəti, istedadların idarəsi və s. Bu layihə daxilində verilənlərin konseptual olmasını əldə almaqla bizə maraqlı olacaq problemin bizə biznes istiqamətindən aşağıdakı kimi verilmiş olacağı halını ələ ala bilərik.
Layihənin problem fokusunun tənzimlənməsi.
Layihənin əsas verilmiş tapşırıqları iki istiqamətə yönəlir və bunlar komanda üzvlərinin dəyərləndirilməsi prosesi ilə bağlıdır. Rəhbərin öz işinin dəyərləndirilməsində qeyd olunan bu addımın əlaqəli olduğu iki əsas göstərici var. Bunlar sırası ilə,
Rəhbərin verilmiş vəzifə öhdəliyini (resursların idarəsi) icra etməsi ilə nəticə əldə etməsi.
Rəhbərin tamamladığı öhdəliyi baxımından göstərdiyi performansın öz rəhbərinin hədəflərinə olan uyğunluğu.
Bu zaman rəhbərin komandasını idarə etməsi və resurslarından istifadəsi onun icra etdiyi əsas çalışmalarıdır. Biznes üçün rəhbərin performansı üzrə mövcud ola biləcək dəyərləndirmə istiqaməti isə, bu işin icrasının necəliyi baxımından olmalıdır. Çünki, işin ümumi nəticəsinin həlli ya rəhbərin öz bacarıqları, ya da istifadə olunan həllər baxımından təyin edildiyindən həmin problemlərin həlli bizim çalışma tapşırığımızla uzlaşmır.
Rəhbərlərin komanda üzrə resurslarını idarə etməsi.
Beləcə, konseptual olaraq buradakı problemin təməlini, rəhbərlərin öz komandalarını idarəetməsi baxımından istifadə etdikləri proseslərdə əldə etdikləri nəticələr üzrə performans göstəricilərinin optimallaşdırılması kimi təyin edə bilərik. Bunun da səbəbi bizə verilən tapşırığın həll olaraq rəhbərin öz işini necə icra etməsi baxımından göstəricilər ilə əlaqəsi olmalıdır. Rəhbərin vəzifə öhdəlikləri çoxdur, bu da onun öz resurslarını necə istifadə etməsinin önəmini artırır. Buradakı əsas problemin qoyuluşu biznesin rəhbərlər üzrə təyin etmiş olduğu işlərin icrası üzrə onların performansının göstərdiyi problemlərin rəhbərlərin mövcud resursları istiqamətində olmasıdır. Bu da, mövcud resursların fərqli istiqamətdə istifadəsinin rəhbərin ümumi iş sahəsi daxilindəki öhdəlikləri üzrə həcm olaraq optimizasiya edilməsinin bir problem olaraq ilkin maraq əsasında çıxış etməli olmasını bildirir.
İlkin problem qoyuluşunun yenidən ifadəsi.
Ümumiləşdirərək ilkin nöqtəyə geri dönsək, rəhbərlər biznes üçün resurslardır ki, onların yönləndirilməsi ilə birlikdə, hədəflər reallaşdırılsın. Davamlı olaraq hədəflər ilə paralel istiqamətdə rəhbərlərin performansının dəyərləndirilməsi də, əvvəldə deyildiyi kimi onların hədəflər üzrə bölgüsünün düzgün təmin edilməsinə imkan yaradır. Bu zaman yaranan problemlərin həlli də, onların optimallaşdırılması üzrə olan daxili hədəfləri yaradır. Bir sıra mövcud istiqamətdən biri də, rəhbərlərin verilmiş problem sahəsi istiqamətində sahib olduğu resursların onlar üçün ümumi olaraq artırılması və optimizə edilməsi üzrə təyin edilir. Bu istiqamətlərdən biri də rəhbərin öz hədəflərinin əldə edilməsi istiqamətində resurslarının istifadəsi prosesinin optimallaşdırılması, dəyərləndirmə, qiymətləndirmə və bənzər addımların icrası istiqamətidir.
İlkin təyin edilən problemin qoyuluş strukturu.
Beləcə, bu proses bizə ən təməl addımda nail olunmalı olan hədəfin və onun hansı strukturla çalışmasının anlaşılması üçün imkan yaradır. Bizim çalışmamızın əsası, rəhbərlərin öz hədəfləri istiqamətində resurslarından istifadə prosesinin daxili çalışmalarının rəhbərin ümumi resursları və ümumi öhdəlikləri çərçivəsində optimizə edilməsi olaraq təyin edilmiş olur. Bu problemin yekun variantı bizə, davamlı olaraq məhsulumuzun həll etdiyi problemin əsasında duran problemlərin təyini və davamlı yenilənməsi üçün səbəb-nəticə əlaqələrinin zəncirini və bu proses özəlində cari problemlərin strukturunu ifadə edir. Beləliklə, biz bu verilmiş tapşırığın ilkin qoyuluşunu biznesin məhsul maraqları ilə uzlaşdırmaqla həm ümumi məhsulun uzunmüddətli maraqlarını, həm də cari problemin təməllərini anlamış oluruq.
İlkin təyin edilən problem rəhbərlərin öz hədəflərini əldə etməsi zamanı fərqli işlərdə sərf etdiyi resursların (əsasən də bizim təyin etdiyimiz həllərdən istifadəsi üzrə) optimizasiyasının təmin edilməsi ilə onların öz maraqlarına nail olma prosesləri üzrə performanaslarının yaxşılaşdırılmasıdır.
02. Təyin edilən problemin həlli üzrə yol xəritəsinin yaradılması.
TLDR
İlkin problem qoyuluşunun həllinə keçid etmək üçün konkret olan və ölçülə bilən göstəricilər təyin edilməlidir.
Rəhbərlərin ümumi resursları vardır və onları bir çox istiqamətdəki işləri üzrə istifadə edirlər, həmçinin, bizim həllərimiz üzrə də.
Rəhbərlərin resurslarının optimallaşdırılması üçün ölçülə bilən göstəriciləri bizə qarşılıqlı çalışacağımız tərəflər təmin etməlidir.
Həll strukturunun modeli uzun müddətdə davamlı olaraq rəhbərlərin iş sahəsi üzrə resurs göstəricilərini əldə etməklə bizim prosesləri onlara uyğun optimizə etmək fikrini əsas götürməlidir.
Ümumi həll prosesi tətbiqin strukturunu formalaşdırmaqla təyin edilən problemlərin onun üzərindəki yerləşdiyi nöqtələri anlamaqla davam etməlidir.
Təyin edilən həll yanaşması bizim məhsul təcrübəsində qarşılıqlı sistemlərin təyin etdiyi resursların istifadəsi üzrə problemlərin davamlı aşkar və inkişaf etdirildiyi dövr üzrə təyin edilməlidir.
Təyin edilmiş problemin spesifikləşdirilməsi.
Prosesin bu mərhələsinə qədər ümumi problemlərin müəyyənləşdirilməsinə yönəlmişdik. İndi isə, bu problemlərin həlli üçün çalışmalıyıq. Burada təyin edilən sistem biznesin öz rəhbərlərindən olan gözləntiləri baxımından dəyərləndirmə prosesi ilə təyin etdiyi hədəflərinin reallaşdırılması üçün tətbiq edilir. Beləcə, bizim yekun olaraq əldə etməyə çalışdığımız maraq biznesin bu istiqamətdə təyin etdiyi həllin əldə edilməsi ilə onlar üçün öz hədəflərinin doğruluğunu təmin etmək və inkişaf üçün imkanlar yaratmaqdır. Təyin edilmiş hədəf rəhbərlərin ümumi resurslarının pozitiv artımı ilə bağlıdır. Daha konkret desək, həllər hazırladığımız proseslər də bu resursların optimallaşdırılmasına yönəlməlidir. Lakin əsas faktor budur ki, biz resursların bizim proseslərimiz istiqamətində optimizasiyasını necə təyin edəcəyimizi bilmək üçün daha konkret metrik göstəricilərə ehtiyac duyuruq.
Əldə edilməli olan digər nəticələrin təyini.
Bu zaman bəhs etdiyimiz metrik göstəricilər, resurs əsaslı olduğundan, bunları ölçə bilməyimiz üçün rəhbərlərin onlardan istifadəsi, beləcə də, onların istifadəsinə yönəlmiş işlərinin icrasındakı performansı təyin edə biləcəkdir. Rəhbərlərin resurslara olan ehtiyacı onların işlərinin icrası istiqamətindəki performansın artımı və hədəflərinə çatması üçün nəzərdə tutulmuş həllin tərkibidir. Bu baxımdan da, bizim çalışmamızın nəticəsi də birbaşa olaraq rəhbərlərin öz performanslarının dəyərləndirilməsi ilə qarşılıqlı əlaqə üzrə çalışmalıdır. Beləcə, bizim nəticələrimizin uğuru, bilavasitə olaraq resurs imkanlarının yaradılması üzərindən rəhbərlərin nəzərdə tutulan digər işlərinin icrası üzrə performans göstəricilərinin (ümumi və seçilən hədəflərin əldə edilməsi) optimallaşdırılıb hədəf göstəricilərinə nail olması ilə bağlıdır.
Məhsulun texniki həllinin əsas prinsipləri.
Bu da bizə ilk növbədə, yaradılacaq həllərin birbaşa əlaqəli olduğu qarşılıqlı çalışma sistemlərini əhatə edir. Bu baxımdan da biz qarşılıqlı əlaqə ilə birlikdə, əldə edilməli olan hədəflərimizi həmin səviyyə üzrə təyin edilmiş hədəflərin əsasında təyin etməli olduğumuzu anlamış oluruq. Bu da, həllərimizin davamlı strukturda təyin edilmiş əsas prinsiplər, onların daimi adaptasiyası və uyğunlaşdırılmış həll prinsipləri əsasında çalışmalıdır. Bu funksiyanın əsasını həllərimizin rəhbərlərdən tələb etdiyi resursların onların ümumi məqsədlərinə uyğun optimallaşdırılması təşkil edəcək. Bu əsas istiqamət məhsul üçün əsas təcrübənin də maraqlarını təyin etməyə imkan yaradacaqdır.
Həllərin hədəf üzrə limitlənməsi.
Həllərin təyin edilməsi baxımından bu addımda qarşılaşılan əsaslı bir problem vardır. O da, ümumi həllin yaradılmasının əlaqə üzrə necə təyin edilmiş olmasıdır. Qarşılıqlı əlaqə baxımından rəhbərlərin tələbləri daima izlənilir və idarə olunur ki, bizim də maraqlarımız onları qarşılamaq və əlaqəni təmin etməkdir. Lakin, biz məhsul olaraq bu göstəriciləri daim uzlaşdırmaqdan əlavə onları ümumi olaraq da yaxşılaşdırmağa çalışmalıyıq. Bu baxımdan da təyin edilən hansısa göstərici bizim üçün limitlənmiş hədəf yox, əldə edilməli olan baza göstərici olaraq yaradılmalıdır. Misal üçün, rəhbərin bir ay ərzində sahib olduğu zamanın 2 saat artırılması hədəf olsa da, bizim çalışmamız üçün bu baza hədəfi olub daha yaxşı nəticələr üçün imkanların qəbul edilməsini də təmin etməlidir.
Məhsulun inkişaf xəritəsində öncəliklər.
Digər önəmli bir faktor da, qarşılıqlı olan həll prosesində rəhbərlərin fərqlərini, onların subyektiv anlayış və bacarıqlarının, aid olduqları sahələrin və digər ayrı xüsusiyyətlərinin olmasıdır ki, bu da bizim qərarlarımızın tətbiq olaraq, biznes maraqlarının da hədəf olaraq fərqlənməsinə və bu fərqliliklərin bizim işlərimizdəki öncəliklər olmasına gətirib çıxarmalıdır. Beləcə, bizim üçün çalışma prinsiplərindən biri, bu uzlaşma baxımından hədəflərimizin biznes maraqlarına olan uzlaşmasının fərqli göstəricilər baxımından öz daxilində də öncəliklərə və davamlılıqlara sahib olmasını bildirir. Buna görə də, biz məhsulun inkişafı baxımından bu kimi göstəriciləri ələ almaqla fərqli özəlliklərin tətbiqindəki inkişaf ardıcıllıqlarının bu təməldə icra olunmasına önəm verib bu uzlaşmanı davamlı olaraq inkişaf etdirməliyik.
Texniki həllin tərkibində problemlərin təyinatı.
Bizim burada bəhs edib təyin etdiyimiz konseptual ilkin fikirlər bir həll kimi problemin həllinə aid olan yanaşmamızı təyin edir ki, onun da rolu özəlliklə biznes istiqamətində bizim məhsulun tətbiqinin aid olduğu problemləri və onlarla bizim həllərin uzlaşmasının hansı sistem üzrə tətbiq edilməli olmasını təyin edir. Bu prinsiplərin izlənilməsi ilə birlikdə biz, artıq, texniki həlləri təyin edib, sonrasında da tətbiq edə bilərik. Bu prosesin tətbiqi baxımından isə başlanğız nöqtəmiz ilkin problemin həlli üzrə təməl strukturun tətbiqi və sonrasında cari problemlərin həllərinin sistemin inkişafındakı öncəliyi baxımından tətbiq olunması kimi təyin edilməlidir.
Layihənin konseptual problemlərinin təşkili.
Ümumi olaraq prinsip səviyyəsində məhsulun və onun təklif etdiyi həllərin hansı istiqamət üzərindən çalışdığını təyin etdikdən sonra artıq bu istiqamətdə olan spesifik problemlərin həllərini yarada bilərik. Bunun üçün təyin etdiyimiz struktur məhsulun təmin etdiyi özəlliklərin rəhbərlərin fəaliyyətlərindəki resursların optimizasiyası üzrə əlaqələndirmənin əsas prinsipləri üzrə icra edilməsi lazımdır. Bu addımın tamamlanması davamlı bir proses olduğundan bu layihə çərçivəsində əsas 2 mərhələ bu həlli yaratmağa imkan yarada bilər. Bunlar,
Ümumi məhsulun həlli istiqamətindən təməl funksionallıqları ilə təyin edilən əsas strukturu.
Cari problem səviyyəsi üzrə çətinliklərin aradan qaldırılması üçün ediləcək yeniliklər.
Bu prosesin izlənilməsində də yanaşmamız tam olaraq bu ardıcıllıq üzrə təyin olunacaqdır ki, ilk öncə məhsulun ümumi tətbiq istiqamətinin strukturunu rəhbərlərin iş fəaliyyətindəki komanda üzvlərinin idarəedilməsi yönündə olan çalışma prinsiplərini və bunun konseptual olaraq tətbiq olunan həllərini ələ almaqla başlamalıyıq. Bunun da səbəbi, bu həllin biznes tərəfdən təyin edilmiş və işçilərin izlədiyi proseslər olması bizim öhdəliklərimizdən çıxmaqla bizim yaradılmasına dəstək verib daxil ola biləcəyimiz, lakin hazırda bu tapşırıq üzrə konseptual olaraq idarə edə biləcəyimiz bir struktur olmasıdır ki, onun əsasında ilk addım olaraq ümumi həllin strukturunu formalaşdırmağımız lazımdır.
İstifadəçilərin davranış modellərinin öyrənilməsi.
Həll addımlarının sonrakı növbəsi, ümumi həll strukturunun daxilində, cari problemlərin həllinə yönəlmiş tətbiqlərin icra edilməsidir. Bunu edə bilmək üçün də, istifadəçilərimiz (bundan sonra rəhbərlərə verilən texniki termin) üçün nəzərdə tutduğumuz problemlərin bizim həllimiz ilə uzlaşdırılması lazımdır. Bunun da həlli, mövcud proses strukturlarının daxilində qeyd olunan spesifik problemlərin aid olduğu sahələri təyin edib, həmin istiqamətlər üzrə çalışmağımız lazımdır. Bu uzunmüddətli və öyrənilən bir prosesdir ki, bizim istifadəçilərimizin davranış modellərini öyrənməyimiz və buna uyğun olaraq davamlı şəkildə platformanın həllərini bu istiqamətdə optimallaşdırmağımız bu proseslərin əsasını təşkil edəcəkdir və beləcə bizim həll prinsiplərimizi yaradacaqdır sonrakı tətbiq mərhələsi üçün.
Qarşılıqlı paylaşılan resurs üzrə maraqlar.
Tətbiq edəcəyimiz həll yanaşmasını daha konkret olaraq prinsip səviyyəsində və texniki olaraq bu şəkildə ifadə edə bilərik ki, məhsulumuzdan hər istifadə zamanı istifadəçilərdən müəyyən resurslar tələb olunur. Bir digər tərəfdən isə, istifadəçilərin fərqli maraqları da mövcuddur. Bizim buradakı marağımız bizim proseslərin tələb etdiyi resursların istifadəçilərin digər istiqamətlərdə istifadə edəcəyi şəkildə optimallaşdırılması, daha sadə olaraq isə, bizim resurs tələblərimizin azaldılaraq digər sahələr üçün mövcud baza kimi təmin edilməsidir. Bu baxımdan da bu ikitərəfli uzlaşmada bizim izləyəcəyimiz modelin də əsası bu olmalıdır. Biz, öz məhsulumuzun daxilində mövcud olan və optimizasiyası lazım olan resursların daimi, layihə çərçivəsində isə təyin edilmiş şəkildə tətbiqini icra etməliyik.
Məhsul həllərinin inkişaf metodikası.
Bunu tətbiq edə bilmək üçün isə sistemləri bir-biri ilə əlaqələndirmək lazımdır. Bu isə, aşağıdakı şəkildə tamamlana bilər,
İstifadəçilərin ümumi resurslarını və bizim layihə üzrə izlənib ölçülən metrik göstəriciləri təyin edib, ümumi prinsiplər olaraq prosesimizə aid etmək.
Bizim məhsul istiqamətində istifadəçilərin istifadə edilən resurslarının ölçülə bilən olması üçün aidiyyəti sahələrin davamlı olaraq fərqli tətbiqlər ilə ölçülüb, davranış modellərinin öyrənilməsi.
Qarşılıqlı olaraq uzlaşma yaratmalı olduğumuz sahələrdə istifadəçilərin resurslar üzrə tələblərini anlayıb (qarşı tərəfdən öyrənib) öz hədəflərimiz olaraq təyin etmək və proseslərimizdə onları ələ almaq.
Bizim məhsulun istifadəsində qeyd olunan hədəflərin əldə edilməsi üçün öyrənilən və əlaqələndirilmiş istiqamətlərin yaxşılaşdırılması üçün yeni həllər təyin edib, tətbiq edib, optimallaşdırmaqla öyrənmək.
Bu izlənən addımlar bizim həm bu layihə, həm də bir addım kimi bu layihənin rol aldığı ümumi məhsulun inkişaf planının və onun idarəedilməsinin tərkib hissəsi olub, irəlilədikcə inkişaf etdirilməli olan bir plan halını almalıdır.
Layihənin konseptual maraqlarının təyini.
Qeyd etdiyimiz həll prosesini tətbiq etmək üçün ilkin olaraq mümkün bütün və spesifik olaraq cari problem göstəricilərini təyin etmək lazımdır ki, bu da tətbiq dövrləri boyunca öyrənməyə davam edib genişləndirə biləcəyimiz bir strukturla çalışmalıdır. Bu tapşırıq çərçivəsində isə sadəcə müəyyən problemlərin cari həlli tələb edildiyindən prosesə də məhz onların təyin edilməsi ilə başlamaq lazımdır. Bunun icrası üçün biz, qarşılıqlı əlaqədə çalışdığımız tərəflərdən istifadəçilər üçün təyin edilmiş resurslar ilə bağlı hədəflərin bizə ötürülməsi ilə başlamağımız lazımdır. Daxili proseslərin keçilməsi ilə, nəticə olaraq, bizim üçün əldə edilməsi üçün təyin edilən göstəricilər olaraq, istifadəçilərin müəyyən strukturda və ölçülə bilən əsasda, bizim layihə üçün isə əldə ediləcək göstəricilər olaraq əldə etdiyimiz konseptual metrik dəyərləri bu şəkildə ələ almaq olar,
Konseptual olaraq mümkün ola biləcək hər hansısa bir dəyərin təyin edilməsi.
Məhsulun həll strukturu daxilində cari həllin biz tərəfdən təyin ediləcək konseptual problemləri.
Layihə üzrə seçimin maraqları və təyini.
Bizim burada təyin edəcəyimiz istiqamət ikinci istiqamət olacaqdır. Bunun səbəbi isə, ilk istiqamətin sadəcə göstəriciləri bizim üçün təxmini olaraq təyin edəcəyi lakin bunun texniki əsasının olmaması, bir digər tərəfdən isə ikinci istiqamətin, bizə davamlı inkişaf etdirmək üzrə məhsul barədə istifadəçilər üçün problemləri aşkar edib fərziyyələr yaratmağa imkan yaratmasıdır. İkinci istiqamətlə birlikdə biz, ümumi məhsulun tətbiq strukturunu təşkil edib, sonrasında buradakı problemlərin aşkar edilməsi ilə birlikdə, yekunda həmin göstəriciləri bizim üçün həll edilməsi üzrə təyin edilmiş göstəricilər kimi ələ alaraq onların həlli üzrə çalışmağa davam edəcəyik.
Həllin tətbiqi üzrə xəritənin növbəti addımları.
Layihənin sonrakı mərhələsində təyin etdiyimiz problemlərin həlli üçün, bizim məhsulun daxilində istifadəçilərimizin hansı bilavasitə göstəricilərlə birlikdə maraqlarının təyinə edilə bilməsini aşkar edib, bunu prosesə tətbiq edərək, spesifik olaraq təyin edilmiş göstəricilərin həllinə yönəlmiş fikirləri təyin edəcəyik. Layihə çərçivəsində əldə edəcəyimiz həllər, sadəcə konseptual təkliflər olaraq çıxış etməklə, sonrakı mərhələlərin planlaşdırılması ilə birlikdə bizim üçün indiki təkliflər qismində göstərilməklə fikirlərin təsdiqi, fərqli düşüncələrin qəbulu və layihənin davamının hansı istiqamətdə olacağını təyin etmək üçün istifadə olunacaqdır ki, bu da, prosesin davamının tamamını inşa edəcəkdir.
Rəhbərlərin ümumi işləri üzrə resursları da ümumidir. Onları bizim məhsulumuz istiqamətində optimizasiya etmək üçün digər sistemlərin göstəriciləri əsas ölçülməli olan dəyərlərdir. Tətbiq ediləcək həll, bir metod olaraq, sistemimizin digər sistemlərin resurslar üzrə göstəriciləri əsasında davamlı ölçülməsi və inkişafını ələ almaqla təmin edilməlidir.
03. Resursların təmin edilməsi üzrə ölçülə bilən göstəricilərin təyinatı.
TLDR
Ümumi tətbiq ediləcək həllin arxitekturasını yaratmaqla bizim məhsulun daxilindəki əsas təcrübələri formalaşdırırıq.
Strukturun tərkibində bu layihənin diqqətində olan istifadəçi tapşırıqlarını və təcrübələrini təyin etməliyik.
İstifadəçilərin ümumi olaraq hansı resursları olduğunu və bizim layihəyə aid olan ölçülə bilən meyarların olmasını təyin edirik.
İstifadəçi təcrübəsində qeyd olunan resursların xəritələnməsi ilə proseslərin resurs tələblərini təyin etməliyik.
Resursların qarşılıqlı sistemlərin performansı üzrə necə ölçülməli olması modelini həll prosesinin ilk addımı olaraq yaradırıq.
Bizim istifadəçi təcrübəsində həmin meyarların necə sazlana bilməsini təyin edə biləcəyimiz metodları qarşıqlılı sistemlər ilə əlaqələndiririk.
Ümumi olan həll istiqamətləri arasında əsas və seçilmiş olan problemlərin üstünlükləri yaratmaqla seçim mahiyyətini təyin edirik.
Bizim məhsulun istifadəçi təcrübəsi üzrə qeyd olunan meyarların optimizasiyası üçün hansı həllərin tətbiq ediləcəyini qəbul edirik.
Ümumi sistem modelinin tərkib hissələri üzrə təsviri.
Həll prosesini təyin etməyə ilk öncə ümumi modelin tərtibi ilə başlayırıq. Bu model, istifadəçilərin iş prosesi daxilində istifadə etdiyi və bir çox istiqamətin ortaq maraqlarının cəmi olaraq təyin edilmiş sistemi əks etdirir. Həmin modelin formalaşdırılması bizim, ümumi olaraq çalışma mühiti və sahəmizin görüntüsünü əldə edib, növbəti addımlarda onun tərkibində fərdi sahələrə fokus yaratmadan öncə proseslərin ümumi maraqlarını və onun tərkib hissələrini anlamaq üçündür. Aşağıda sistemləşdirilən model bir-birinə əlaqələndirilmiş iki əsas istiqaməti özündə birləşdirməklə onları ümumi sistemin tərkib hissəsi olaraq bu layihənin əsas fokusu olaraq şəkilləndirir və bunlar,
İstifadəçinin öz komanda üzvləri barədə aparılan dəyərləndirmə prosesinə daxil olub məlumat tətbiq etməsi.
İstifadəçinin fərdi hədəfləri daxilində problemlərin həlli üçün təyin etdiyi performansın optimizasiyası üzrə olan tapşırığı komanda üzvü üçün təyin etməsi və idarəetmə prosesi.
Ümumi arxitekturanın daxilində və proseslərin cəmində bizim bu layihə əsasında diqqətimizi verəcəyimiz istiqamətlər bunlardan ibarət olacaqdır ki, problemlərin həllini də bu istiqamətdəki daha dərin səviyyələr üzrə icra edəcəyik.
Əsas istifadəçi axışlarının ümumi arxitektura üzrə təyin edilməsi.
Bu addımın sonrasında bu arxitekturanın əsasında bizim layihənin tərkib hissəsi olan istifadəçinin tətbiq proseslərini daha da yaxınlaşdırmaq lazımdır. Həmin proseslər ümumi sistemin tərkib hissəsidir, lakin təklikdə də funksional baxımdan yekun nöqtəsi olan addımların cəmidir. Bizim proseslərin əsas fokusu olan bu axışları təklikdə ələ almaqla onun ümumi prosesə aid olan lakin özündə olan daha detallı addımları formalaşdırmaqla prosesləri ümumi arxitekturadan yekun istifadəçinin addımları və gördüyü işlər səviyyəsinə endirmək lazımdır. Bunun üçün də ilk öncə ümumi sistemdən təkli proseslərin döngü olaraq ayrılması və həmin təcrübələrin daha detallı addımlar şəklində təsvir etməklə növbəti addımda istifadəçinin həmin addıma aid olan proseslərini xəritələmək lazımdır.
İstifadəçinin sahib olduğu ümumi resursların sinifləşdirilməsi.
İstifadəçinin bu və ya digər prosesdə istifadə etdiyi tapşırıqlarının ümumi göstəriciləri var ki, bizim proses də digərləri kimi, ümumi olaraq onların optimallaşdırılması üçün nəzərdə tutulur. Prosesimizdə bəzi istiqamətdə olan resurslar hansılar ki, biz hər bir dövr üzrə onlara daha çox diqqət ayırıb inkişaf etdiririk, onlar da həmçinin bunların tərkibindən seçilirlər. Bu baxımdan da bu resursların metrik göstərici olaraq təyini bizə birbaşa olaraq istənilən təcrübənin daxilində hansı istiqamətlərdə çalışmaq üçün diqqət mərkəzi yaradır ki, bu şəkildə təyin edilir,
Ümumi enerji - İstənilən işin həcmi, sayı, çətinliyi fərqindən asılı olmayaraq istifadəçinin icrasına aid olunan bütün işlərin sərf etdiyi meyar.
Ümumi zaman - İstifadəçinin sərf etdiyi bütün ümumi enerjinin hər bir istiqamət üzrə sərf etdiyi miqdarının aid olduğu işlərin tələb etdiyi müddət.
Zehni yük - İstifadəçinin özünün icra etməli olduğu işlərin cəminin tələb etdiyi icra qüvvəsinin zehni istiqamətdə olan tələbatı.
İstifadəçinin axışlarını və proseslərini qarşılıqlı əlaqədə təyin etmək.
Təklikdə olan hissələri təyin etməyimizlə birlikdə, onların hər biri üzrə növbəti addım addımların daha detallı görüntüsünü istifadəçinin perspektivi cəhətdən təyin etmək lazımdır. Bu proseslə birlikdə istifadəçinin həmin prosesdəki təcrübəsini başdan sona nəzərdən keçirməklə, onun icra etdiyi və daxil olduğu addımları birlikdə təyin etmiş olacağıq. Nəticədə həmin istifadəçinin tamamladığı proseslərin daxilində istifadə etdiyi addımlar və onların aid olduğu resursları təyin edəcəyik. Beləcə də, həmin resurslar üzrə cari proseslərin təyinatlarının hansı resurslar üzrə optimizasiya üçün açıq olduğunu görməklə həmin sahələri tapşırığımız daxilində əsas metrik göstəricilər olmaqla bizə verilən tapşırığın əsas dəyişməli olan mahiyyətləri olaraq təyin edəcəyik.
İstifadəçinin komanda üzvlərini dəyərləndirmə təcrübəsi.
Burada qeyd olunan proseslər rəhbərin öz komanda üzvləri üzrə dəyərləndirmə prosesini əks etdirir. Bu prosesin daxilindəki əsas addımların tərkibi olaraq istifadəçinin istifadə etdiyi resurslar üzrə əsas mərkəz bəzi istiqamətlər üzrə təyin edilir. Bu proses təklikdə kompakt və qısamüddətli bir prosesdir. Onun tərkibindəki əsas faktor isə dəyərləndirmə prosesinin özüdür. Bu proses tərkib olaraq istifadəçidən zehni səy və düşünmə tələb edir. Dəyərləndirmənin prosesə uzlaşdırılmış olması və eləcə də, dəyərləndirmənin nəticə olaraq düzgün təmin edilməsi hər bir istifadəçi üzrə bir sıra istiqamətlərdə fərdi yanaşmalar və kompleks olan hesablamalar təyin edir. Bunun da əsas səbəbi bu proseslərin tərkibində yaranan nəticələrin verilənlər kimi istifadəçi profilləri barədə qərarları formalaşdırmasıdır. Bu baxımdan da bu tərkib hissəsi ən əsas faktor olaraq təcrübənin bu sahəsi üzrə təyin edilə bilər.
İstifadəçinin komanda üzvləri üzrə tapşırıqları müəyyənləşdirmə və idarəetmə təcrübəsi.
İstifadəçinin ümumi resurslarından əlavə olaraq bu prosesdə gördüyü işlərin əsasında duran əsas tapşırığın tələb etdiyi ən əsas resurs qərarların qəbulu və icrası prosesləridir. Çünki, bu sahə daxilində əsas çalışma resursların düzgün təyin edilməsi, idarəsi və inkişafı baxımından ortadakı çətinliklərin aradan qaldırılması üzrə çalışarkən istifadə etdiyi zehni qüvvə əsas rol oynayır. Bu proseslər əsasən qərarların qəbulu və atılan addımlar ilə nəticələrin əldə edilməsi üzrə geri dönüşlərin istifadəsi üzrə olan proseslərin cəmi olaraq formalaşır. Bu baxımdan da, bu təcrübə üzrə, ümumi resursların optimizasiyası ilə birlikdə, əsas diqqət mərkəzi olan göstərici hansıki, bu proses üzrə əsas problem olaraq təmin edilməlidir verilənlər əsasında istifadəçinin uzunmüddətli qərarların qəbul edilməsi və izlənilməsi prosesidir.
Resurslar üzrə fərqli problem göstəricilərinin ümumiləşdirilməsi.
Beləcə həll prosesinin ilkin mərhələsi olaraq əsas resurs yönümlü göstəricilərin təyin edilməsini bizim bu proseslərdə təyin etdiyimiz çətinliklərin layihənin verilənləri kimi qəbul edilməsi ilə birlikdə, iki tərkib hissəsi olmaqla,
Ümumi resursların optimallaşdırılması və təminatı.
Spesifik resursların optimallaşdırılması və təminatı.
istiqamətlərində təyin edə bilərik ki, həmin resurslar üzrə olan cari göstəricilərin birbaşa olaraq ölçümü və onların növbəti addımlar əsasında təmin edilməklə hədəflər qismində əldə edilməsi prosesin bundan sonrakı addımları üçün bizim izlədiyimiz istiqaməti təşkil edəcəkdir. Bunun üçün də, bu problemlərin həlli istiqamətində olan çalışmamız həmin göstəricilərin ölçülməsi və bu dəyərlərin optimizasiyasının bizim həllərin yaradılması ilə birlikdə necə əldə edilə biləcəyi ilə bağlı təyin edəcəyimiz həllər ilə birlikdə prosesin davamı izlənilməli olacaqdır.
Resursların optimizasiyasının bilavasitə ölçülmə texnikası.
Qeyd etdiyimiz resurslar ilə bağlı olan metrik göstəricilərin birbaşa ölçümü kompleks olan bir prosesdir və olduqca texniki, əksər hallarda isə lazım olmayan bir çətinlikdir. Buna görə də, əsasən həmin göstəriciləri bilavasitə olaraq ölçmək daha effektiv nəticələr verir. Subyektin resurslarından istifadəsi onun sahib olduğu dəyərləri təyin etmək üçün bilavasitə yollar təyin edir. Bunun da səbəbi, resursların ölçümü üçün onun mövcud olmasının ilkin göstərici olmasıdır. Resurs optimizasiyasının nəticəsini istifadəçilərin digər tapşırıqlardakı performansı və resurs səviyyəsi barədə geribildirimlər vasitəsilə dolayı yolla ölçə bilərik.
Resursların artımının təyin olunmasının ölçülmə texnikası.
Resursların göstəricilərini bilavasitə olaraq ölçmək bizim prosesin hədəflərini idarə edə bilməyimiz üçün lazımdır. Amma prosesin daxilində bizim həmin göstəricilərin bizim məhsul istiqamətində necə dəyişdirilə biləcəyini təyin etmək daha önəmli bir hal alan addımdır. Qeyd edilən kimi, resursların birbaşa ölçümünü icra etmədiyimizdən öz proseslərimizdə tələb olunan resursların da icrasını bilavasitə olaraq fərqli göstəricilər üzrə ölçmək və idarə etmək mümkündür. Bunun üçün də, bizim proseslərimizdə hansı göstəricilərin resurslar üzrə olan tələbatın hansı meyarları ilə və necə uzlaşmasını hər bir istifadəçi üzrə öyrənmək bizim indi və davam edən həll prosesinin tərkib hissəsi olmalıdır.
Bizim proseslərimizdə resursların göstəricilər üzrə əlaqələndirilməsi.
İlkin addımda texniki olaraq resurslar ilə bağlı göstəriciləri ümumi olaraq təyin edib, konsepsiya olaraq bu göstəricilərin hansı resurslar ilə bağlı olmasını təyin etmişdik. Onların digər səviyyədəki nəticələrə əlaqəsini bizə ölçümlər olaraq bildirilməsi üzrə strukturu da təyin etmiş olduq. Həmin göstəricilərin icrası baxımından isə ölçümləri icra etmək üçün onların bilavasitə olaraq bizim proseslərimizə necə aid edilməli olmasını isə əslində zamanla öyrənə bilərik. Çünki, tətbiq etdiyimiz həllərin nəticələri zamanla proseslər boyunca bizim yanaşmalarımızın resurslar üzrə əlaqəsini bizim üçün təyin edə bilər. Amma ilkin addımda belə göstəricilərin əvvəlki verilənlərinin olub-olmaması önəmlidir. Layihə üzrə bu verilənlər olmadığından buradakı yanaşmamız ilkin fikirlər etibarı ilə hansı verilənlərin hansı resurslar ilə əlaqəli olmasını bizim yanaşmamız üzrə təyin etmək üçün yol açmış olur ki, biz də eyni istiqaməti seçirik.
Məhsulun inkişaf strategiyasının həll ilə uzlaşdırılması.
Artıq bilavasitə olaraq həm resursların istifadəsi, həm də onların necə yuxarı səviyyədə olan maraqlara uzlaşdırılması üzrə fikir yarandığına görə, bunun sonrasında bizim prosesə bu addımların necə tətbiq edilə biləcəyini təyin etmək olar. Proses daxilindəki hər bir addım və tapşırıq istifadəçidən resurslar tələb edir. Ona görə də, onların optimallaşdırılması baxımından olan yanaşma istənilən istiqamətdə bunu reallaşdırmaq üçün çalışacaqdır. Bu zaman buradakı yanaşma bizim seçimimiz əsasında formalaşmalıdır ki, prosesin hansı hissələri üzrə resursların optimizasiyası üzrə tətbiq və həll proseslərini tətbiq edək.
Mövcud alternativ həllər arasında seçimin edilməsi.
Bu zaman seçimlərimizi əsaslandırmaq üçün biznes maraqlarını, layihənin hədəflərini və ümumi göstəricilərimizi ələ ala bilərik. Ona görə də, resursların optimizasiyası baxımından izlənilə biləcək həllər daxilində diqqətimizin hansı istiqamətdə olmasını prioritetləşdirməklə birlikdə nəticə olaraq hansı həllərə əsaslanmalı olduğumuzu təyin etə bilərik. Bunun da həlli fərqli istiqamətləri dəyərləndirib onların daxilində verilən limitlər və göstəricilərimiz daxilində hansı həllərin bizim üçün daha optimal ola biləcəyini təyin etməliyik. Bunun sonrasında həmin həllərin tətbiqi baxımından qeyd olunan proseslərdəki tətbiqi həllərin təyini ilə proseslərə davam edə bilərik ki,
Təsir. Həllin resursların inkişafı istiqamətindəki hədəflə bağlı olan təsiri.
İş gücü. Həllin təmin edilməsi üçün fərqli resursların bizdən olan tələbi.
Layihənin əsasında həllin optimal olan istiqamətdə seçilməsi üçün bu çərçivədəki ən optimal istiqaməti təyin etməklə davam edəcəyik.
Tətbiq ediləcək strateji həllərin prioritetləşdirilməsi qərarları.
Bizim həll istiqaməti üzrə seçimlərimiz prosesin tərkibi üzrə təyin ediləcəkdir. Bunun üçün də mümkün dəyərləndirmə əsasında bir istiqamət təyin edilməlidir. Ümumi həllin göstəriciləri onun proseslərə aid olan təsirinin əsası və buna nail olmaq üçün bizim görəcəyimiz iş yükünün həcmidir. Yönələcəyimiz istiqamət optimal bir nöqtədən yaranıb bütün sahəyə doğru bizim sahib olduğumuz resurslar üzrə təyin edilməlidir. Bu baxımdan da “yaşıl” sahə, bizim iş yükümüzün ən az, təsirin isə ən çox olduğu istiqamət olaraq təyin edilməlidir. Buradaki daha önəmli faktor isə layihənin hədəfləridir ki, əvvəldə də qeyd etdiyimiz kimi bizim çalışmamızda əsas hədəf deyil, əldə edilməli ən minimum səviyyə olaraq təyin edilməlidir. Bu baxımdan da, təsirin tətbiqi səviyyəsinin ən aşağı səviyyəsi məhz bu göstərici ilə (qırmızı xətt) ilə təyin edilməlidir. Beləcə, bizim optimal həllərimiz yaşıl sahənin bu qırmızı xəttdən minimum göstərici olaraq yuxarı keçid etdiyi sahə olaraq təyin edilib digər sahələrə doğru getməlidir.
İstifadəçinin ümumi resurslarından istifadəsi baxımından bizim həllərin qarşılıqlı sistemlər ilə olan əlaqəsi meyarların təyin edilməsi, bizim proseslərdə onların optimizasiyası və bu proseslərin ölçülə bilməsi üçün əsas yaradır. Həll prosesi qeyd olunan göstəricilərin digər sistemlər ilə əlaqədə bizim həllərimiz daxilindəki proseslər əsasında təyin edilib, həlli yaradılıb və tətbiq ilə geri dönüşlər əsasında öyrənilməsi əsasında baş tutacaqdır.
04. Strateji yanaşmanın əsasında həll metodunun yaradılması.
TLDR
İstifadəçinin resurslarının digər qarşılıqlı istifadə edilən vasitələr ilə birlikdə hədəflərin əldə edilməsi zamanı necə çalışmasını təyin edildi.
İstifadəçinin resurslarının bərpa edilməsi üçün əsas həll strategiyası formatı proseslərin icrasının alternativləşdirilməsi üzrə yaradıldı.
İş yükünün və həcminin azaldılması və ləğvi istiqamətində mövcud həllər və onlarla bağlı yarana biləcək problemlər təyin edildi.
Resursların bərpa edilməsi üçün istifadəçi təcrübəsi daxilində subyektin və vasitələrin işə cəlbi üzrə yanaşma formalaşdı.
Prosesin davamında bu həll metodunun dizayn üzrə istifadəçi axışlarındaki tətbiqi və uzlaşdırılması planlandı.
İstifadəçinin resursları ilə hədəfləri arasında sərfiyyatın strukturu.
İstifadəçinin bir işi tamamlaması anlayışı yekun maraqların əldə edilməsi baxımından digər sistemlər ilə qarşılıqlı əlaqəsi əsasında baş verən və bir çox alt prosesi özündə cəmləşdirən anlayışdır. Bu, verilmiş axışda müəyyən zaman müddətində baş verən proseslərin cəmində təyin edilməlidir ki, verilənlər üzrə hədəflərin ölçümü və yeni hədəflərin formalaşdırılması mümkün olsun. Bu baxımdan da istifadəçi subyekt və əlaqədə olan qarşılıqlı sistemlərin ümumi iş prinsiplərinin cəmində istifadəçi öz hədəfləri istiqamətində ümumi resurslarını proseslərin icrasında sərf etmiş olur ki, bu da, bizim onu ölçüb, nəticələr baxımından optimizə etməyimizə imkan yaradır.
İstifadəçinin resurslarının sinifləndirilməsi.
Bu zaman istifadəçinin təməl resurslarının optimizasiyanın təmin edilməsi üçün əsas həll onun prosesdə istifadə edilən resurslarının təmin olunmasıdır. Bunun üçün də, ümumi resursların sərf olunduğu istiqamətləri anlamaq, və bu istiqamətlərin bizim arxitekturamızın daxilində hansı addımlarda və hansı şəkildə tətbiq edilməsini anlamaq bizə, bu proseslərin inkişaf etdirilməsi üçün yön təyin edəcəkdir. Resursların təməl sinifləndirilməsi, istifadə və işin icrası baxımından qarşılıqlı əlaqə olmaqla bu əsasda qurula bilər ki,
İstifadəçinin daxili prosesləri, düşüncə, hesablamalar və digər istifadəçi tərəfindən icra edilən əməliyyatların sərf etdiyi resurslar.
İstifadəçinin qarşılıqlı çalışdığı sistemlər ilə proseslər boyunca yaranan kommunikasiya və ötürmələrin tələb etdiyi istifadəçinin resursları.
Qarşılıqlı əlaqədə olunan sistemlərin daxilində baş verən proseslərin cəmində istifadəçinin sərf edilən resursları.
Bu sinifləndirmə daxilində, istifadəçiyə aid olan əməliyyatlar əsasən ilkin olaraq onun daxili proseslərinə və digər sistemlər ilə olan qarşılıqlı əlaqə proseslərinə aid edilə bilər. Üçüncü tərəflərin icrasına aid olan proseslərin istifadəçinin resursları ilə bir əlaqəsi olmayacaqdır.
İstifadəçinin resurs tələbatının prosesdəki təyinatı.
İstifadəçinin resurslarının proseslər üzrə optimizasiyanın təmin edilməsi mümkün olan bir sıra istiqamətlər üzrə əldə edilə bilər və bunlar təbii olaraq yarandığından spesifik olaraq istifadəçi üzrə subyektiv maraqların burada güclü təsiri olmayacaqdır. Resursların istifadəsi birbaşa olaraq, qarşılıqlı proseslərdə istifadəçinin aid edildiyi proseslərin kompleksinin tələbləri əsasında və onun verilən zaman müddətindəki ölçümü kimi təyin edilir. Bunun da strukturlaşdırılması bizə, həll olaraq nail olunmalı maraqları təmin edəcəkdir ki, həmin strukturun quruluşu bu şəkildə formalaşdıra bilərik,
İstifadəçinin aid olduğu prosesin resurslar üzrə tələbat baxımından həcmi.
İstifadəçinin aid olduğu proseslərin ümumi say əsasında həcmi.
Bu iki əsas göstərici, istifadəçinin istifadə edilməsi tələb olunan resursların ümumi təyinatını sinifləndirir. Bu istiqamətlərin əsasında da, resursların hansı yollarla sərfiyyatının optimizə edilməsi yanaşması təyin edilə bilər.
İstifadəçinin resursları necə təmin edilə bilər.
İstifadəçinin proseslərin sayı və həcmi əsasında sərf etdiyi resursların təminatı baxımından optimizasiyanın təmin edilməsi ümumi olaraq təməl prinsiplərə əsaslanır deyilə bilər. Bizim proses adına bunun reallaşdırılması üçün də həmçinin, verilən göstəricilərin cari əziyyətindən inkişaf etdirilə bilməsi üçün, bizim layihə ilkin həll olaraq çıxış etdiyindən cari həllərin ilkin versiyası elə bizim yaratdığımız prosesdir. Bu resursların təmin edilməsi üçün də bizim proses aşağıdaki üsullara həll olaraq yanaşacaqdır deyə bilərik,
İstifadəçinin aid olduğu ümumi proseslərin sayının azaldılması.
İstifadəçinin aid olduğu proseslərdə istifadəçinin işinin azaldılması və ya aradan qaldırılması.
Bu iki istiqamət bizim həll proseslərimizdə ümumi prinsiplər olaraq çıxış edirlər. Onların tətbiqindəki əsas iki faktor isə, bu zaman istifadəçilərin subyektiv maraqlarının qərarlara olan təsiri ilə onların öyrəbilməsi və resursların təmin edilməsi baxımından həllərin meydana çıxara biləcəyi digər problemlərdir.
İşin icrasının sistem daxilindəki entalpiyası.
İstifadəçinin iş yükünün tamamən azalması və ya aradan qaldırılması proses olaraq resursların optimizasiyası həllinin ən əsas istiqamətidir. Lakin hər bir sistemin daxilində işin icrası prosesdən kənar edilə bilməz. Buna görə də, bir tərəfdən azaldılan iş yükü sadəcə subyektiv alternativləşdirilməsi üzrə mümkün ola bilər. Buna görə də, sistem daxilində icra edilən işlərdə bu halın mümkünlüyü və dərəcəsi dəyərləndirilməklə proseslər boyunca tətbiq edilə bilər ki, buradaki əsas dərəcələr belə təşkil edilir,
İstifadəçinin iş yükünü tamamən aradan qaldırmaq.
İstifadəçinin iş yükünü mümkün səviyyədə azaltmaq.
Hər hansı istiqamətdə olursa olsun, prosesin alternativləşdirilməsi subyektlərin resurslarının optimizə edilməsi üçün mümkün olacaq həll yoludur ki, bu, fərdi olaraq hər bir prosesin əsasında təklikdə izlənilib tətbiq edilməlidir.
Əsas həll strategiyasının cari problemlərə tətbiqi.
Proseslərin daxilində qeyd edildiyi əsasda resursların yaradılması istifadəçinin proseslərinin qeyd olunan şəkildə alternativləşdirilməsi ilə avtomatlaşdırılması istiqamətində əldə edilə bilər. Bunun üçün də təklikdə həmin proseslərdəki istifadəçinin cari iş axışının bu yöndə nə şəkildə avtomatlaşdırıla biləcəyini təyin etmək lazımdır. Bu da hər bir prosesin təklikdə analizini prosesin iş axışı səviyyəsində tətbiq edilməsini tələb edir. Beləcə, prosesin davamı həmin addımların icrası ilə bizim problemin əsasında tətbiq edəcəyimiz yekun həll strukturlarının tətbiqini təyin etməyimiz istiqamətində izləniləcəkdir.
İstifadəçinin resurslarının təmin edilməsi üçün əsas metod onun iş yükünün verilən zaman ərzində mövcud limitlər daxilində azaldılması və ləğv edilməsi arasında çalışır. Bunun icrası üçündə proseslərin daxilində həmin işlərin icrasındaki subyektin rolunun alternativləşdirilməsi və ya iş yükünün azaldılması istiqamətində həllərin təyini və tətbiqi prosesin növbəti addımı olmalıdır.
05. Həll prosesinin istifadəçi axışları üzrə tətbiq edilməsi.
TLDR
Həllərin tətbiqi üzrə məhsul maraqların cari və gələcək potensialları əsasında verilənlərin həcmi, sistemin imkanları və öyrənmə modeli əsasında strateji yanaşma formalaşdırıldı.
Rəhbərlərin komanda üzvləri üzrə dəyərləndirmə təcrübəsi, istifadəçinin resursları baxımından icra edilən işlərin təyinatı üzrə strukturlaşdırılmaqla inkişaf sahələri təyin edildi.
Rəhbərlərin komanda üzvlərinin inkişaf hədəfləri üçün olan prosesləri, istifadəçilərin daxil olduğu proseslərin detallı təyinatı ilə inkişaf sahələrinin təyini ilə formalaşdırıldı.
İşçilərin dəyərləndirilməsi təcrübəsində sistemin imkanları meyarların ölçümü və göstəricilər üzrə dəyərləndirmə addımları üzrə avtomatlaşdırılma imkanları təyin edildi.
İşçilərin inkişaf layihələrindəki həllərin seçimi üzrə resurs bazasının yaradılması və həllərin tətbiqi üzrə geri dönüş arxitekturasının əsası istifadəçilərə məsləhət sistemi ilə birləşdirildi.
Ümumi həllərin tətbiqi üzrə olan texniki yanaşmalar növbəti mərhələdə məhsulun yaradılması prosesindəki təcrübələrdəki yerləşmələri üzrə hesablanmaqla dizayna keçid üçün sistemləşdirildi.
Həll yollarının tətbiqinin cari və gələcək maraqlar üzrə uzlaşdırılması.
Bizim burada tətbiq etdiyimiz həllin əsas məqsədi ilkin verilən problemin həllinə uyğun olan yanaşmamızı formalaşdırmaq və onu irəli sürmək üzrə təyin olunmuşdu. Layihənin bundan sonraki addımlarındaki axış artıq, təyin edilən və inkişaf etdirilməli olan həllin tətbiqi və sonrasında da verilənlər əsasında öyrənilməsi ilə optimizə edilməsi istiqamətində davam etməlidir. Layihənin ümumi maraqları baxımından bu prosesin necə izlənilməli olması bir çox meyarın, iş bölgüsünün, hədəflərin təsir dairəsinin cəmində qəbul edilməlidir. Bu baxımdan da sonraki addımlar barədə bizim yanaşmamız əsasən tətbiqin tələblərinin nə olmasından və bunların prosesə necə tətbiq edilməsindən ibarət olmalıdır.
Sistemin imkanlarının genişləndirilməsi ilə həllərin inkişaf xəritəsi.
Rəhbərin ümumi sistem daxilindəki dəyərləndirmə prosesi, ondan istifadəsi və bu istiqamətə yönələn həllərin tətbiqi proses olaraq davamlı olan və döngülər üzrə çalışan strukturlardır. Bu baxımdan da, sistemin meyarları və həlləri, öz maraqları əsasında sistemin genişlənməsi paralelində davam etməlidir. Bunun da mahiyyəti, bu sistem arxitekturasının inkişafı zamanı əsas dəyişənin məlumatların həcmi eləcə də, emal prosesləri üzrə təyin edilməsi ilə bağlıdır. Çünki bu proseslərin qüvvəsinin artımı daha çox veriləni, daha çox ölçümü və dəyərləndirmənin daha da etibarlı olması ilə bağlıdır. Bu baxımdan da strukturun genişlənməsi resursların istifadəsi baxımından da strukturların optimizasiyasının paralel inkişafını tələb edəcəkdir. İlkin yaradılan həllər öz səviyyəsinə uyğun qeyd edilsə də, gələcək maraqların qorunması ilə təşkil olunmalıdır.
Resursların optimizasiyası üzrə avtomatlaşdırılmanın təşkili.
Həll proseslərinin əsas mahiyyəti təcrübə zamanı rəhbərin daxil olan proseslərinin avtomatlaşdırılmaqla sıradan çıxarılması ilə proseslərin rəhbər üçün asanlaşdırılması (icrasının səviyyəsi) aralığında icra edilməlidir. Proseslərin gedişatında da ardıcıllıq bu əsasda olmaqla işin icrası rəhbərin perspektivindən digər maraqlarında təyinatı ilə birlikdə istifadəçinin resursları baxımındaninkişaf etdirmək olduğundan prosesin yekun qərar və onun təsdiqinə qədər endirilib sonrasında isə ümumiyyətlə istifadəçinin də rolunu avtomatlaşdırmaqla bağlı ola bilər ki, bu daha geniş bir layihə və diqqətli tətbiq edilmiş həll prosesi təyin edə bilər ki, ilkin mərhələdə bu yola girməklə prosesləri öyrənmək, istifadəçi geri dönüşləri almaq və sonrasında inkişafın istiqamətini bu yöndə davam etdirmək əsas anlayış olaraq qəbul edilə bilər.
Rəhbərlərin öz komanda üzvləri üzrə dəyərləndirmə prosesinin əsas mahiyyəti.
Bu layihəyə aid olan birinci təcrübə rəhbərin öz komanda üzvləri üzrə dəyərləndirmə prosesini icra etdiyi prosesdir. Komanda üzvləri (işçilər) üzrə olan dəyərləndirmə ümumi olaraq şirkət daxilində onlarla bağlı qərarların alınması proseslərinin inkişaf etdirilməsi üçün nəzərdə tutulmuşdur. Bu prosesə onlarla bağlı qərarları ən çox tezliklə verən rəhbərlər də aid edilir. Bu prosesin mahiyyəti işçilər üzrə fərqli göstəricilər əsasında performansa yönələn dəyərlər üzrə geri dönüş etməklə, işçilərin profilini genişlətmək və yeni qərarların əsasını daha da qüvvətləndirməkdir. Rəhbərin bu prosesdəki rolu bir tərəfli olaraq təyin edildiyi dəyərləndirmə sessiyada iştirak edərək təyin edilmiş göstəricilər üzrə geri dönüş verməklə prosesi tamamlamasıdır.
Rəhbərin dəyərləndirmə prosesini icrası təcrübəsinin axışı.
Rəhbəri bu təcrübəsinin əsas axışı onun verilən prosesləri tamamlaması ilə bağlıdır. Bu layihə üzrə bu və sonraki proseslərdə məhsulun əsas tətbiq etdiyi həll olaraq strukturu biz özümüz təyin etsək də, bu arxitektura qəbul edilmiş həll olaraq real layihə zamanı şirkətin fərqli maraqları əsasında təyin edilir. Rəhbərin dəyərləndirmə təcrübəsinin yekun addımı onun təyin edilmiş meyarlar üzrə verilənləri daxil edib təsdiqləməsi ilə bağlıdır. Həmin prosesin daxilində rəhbərin rolunun anlaşılması bizə həm onun tətbiqi, həm də resursların optimizasiyası üzrə necə avtomatlaşdırıla biləcəyinə imkan yaradır. Rəhbərin dəyərləndirmə prosesinin təşkili ümumi axış olaraq aşağıdaki şəkildə canlandırıla bilər.
Rəhbərin prosesdəki ilkin addımı - daxili meyarların ölçülməsi.
Bu prosesin daxilində əsas hissələr, rəhbərin yekun nəticəni təyin etməsinə yönəlməklə,
Rəhbərin daxili hesablamaları ilə rəyin əsasını təşkil edəcək göstəriciləri təyin etməsi.
Təyin edilmiş göstəricilərin tətbiq edilən performans göstəriciləri üzrə uzlaşdırılması.
Rəhbərin öz daxili hesablamları, işçilərin fərqli layihələr üzrə olan nəzarət edilmiş işlərinin bu proseslər əsasında hədəflənən göstəricilə üzrə necə təyin edildiyini və bura daxil olan prosesləri əks etdirir. Bu zaman rəhbər, öz hədəf meyarları ilə, işçinin göstəricilərini müqayisə etməklə fərqli meyarlar üzrə hədəflərə nail olmanın təyinatıı təsdiq edə bilər. Bu prosesin avtomatlaşdırılması baxımından lazım olan proses sistemin həmin göstəricilərə əlçatanlığının olması və onların çalışma maraqlarının sistem tərəfdən, eləcə də, rəhbərin təyin etdiyi maraqlar üzrə başa düşülməsi üzrə olacaqdır. Prosesin sadələşdirilməsi isə, işin icrası baxımından davam edən həllərin asanlaşdırılması ilə icra edilə bilər.
Rəhbərin ikinci addımının mahiyyətinin anlaşılması.
İkinci addımda isə rəhbərin bu meyarları ölçülən göstəricilər ilə uzlaşdırılmasının tələbləri vardır. Bunlar, rəhbərin təyin etdiyi meyarların hansı göstəricilərə və necə aid edilməli olmasını bilməsini tələb edir. Bu prosesin ümumi sistem baxımından ən önəmli hissədir. Bunun da səbəbi, düzgün dəyərləndirmənin düzgün məlumat və beləcə düzgün qərar formalaşdıracağından, sistemin bu addımını layihənin əsasında performans göstəricilərinin təşkili üzrə İR və digər tərəflərin təyin etdiyi admin rolları əsasında təşkil oluna bilər. Bu baxımdan da, rəhbər öz meyarları üzrə həmin göstəricilərə uzlaşma yaratmalı və ölçümləri düzgün tamamlamalıdır.
Rəhbərin dəyərlər üzrə ölçümlərinin avtomatlaşdırılması.
Bu prosesin resurslar üzrə optimizə edilməsi baxımından lazım olan proseslər ilkinə nisbətən sistem üçün daha asandır. Çünki göstəricilərin əsasını bilmək və ona uyğun dəyərləndirməni təşkil etmək avtomatlaşdırılması daha rahat olan bir funksiyadır. Bunun icra edilməsi üçün subyekt meyarlar ilə göstəriciləri uzlaşdırmalıdır. Bunun üçün də uyğunluğun şərtləri bilinib ölçülməlidir. Bu işin sadələşdirilməsində də həmçinin, sistemin rolu bu ölçümlərin icrasını sistemin tətbiqi baxımından öhdəliklər olaraq ələ alınması ilə kommunikasiya zamanı istifadəçinin qərarları və ölçümləri üçün dəstək xarakterli istifadə etməsi ilə reallaşdırıla bilər.
Rəhbərin ilkin dəyərləndirmə meyarlarını necə daha əlçatan etmək olar.
Bu zaman bizim tətbiq edəcəyimiz həllin yanaşması buradan yola çıxaraq formalaşacaqki, birinci addım olaraq biz hansı işi görə bilərik. Birinci hissənin avtomatlaşdırılması prosesi istifadəçi üçün lazım olan məlumatlarının əlçatanlığının və emalının sadələşdirilməsi üzrə icra edilə bilər. Daha sadə desək, rəhbərin meyarları ölçmə prosesində onun ehtiyac duyduğu ifnromasiyanın və hesablamaya uyğun olan şəkildə təqdimatı olmaqla. Həllin bu mərhələsinin mahiyyəti istifadəçiyə qərarlarını formalaşdırmq baxımından analiz edilməli məlumatları həm daha asan əlçatan etməklə, həm də emal prosesini sadələşdirmək üçün nəticəyə uyğun olacaq şəkildə təqdim etmək lazımdır ki, bu həll istifadəçiyə qərarlarını təyin edərkən komanda üzvləri üzrə göstəriciləri ələ almaq və onları hədəflər ilə müqayisə etmək üçün istifadə etməsinə imkan yaratsın.
Bunun həll olaraq tətbiq edilməsi üçün isə həmçinin, dəyərləndirmə prosesinə aid olan məlumatların sistem daxilində olması lazım olduğundan və bu proses daha geniş layhiə və yatırım tələb etdiyindən bizim izləyəcəyimiz proses daha əlverişli olmalıdır. Bu da, iki maddəni biryerə toplamaqla mümkündür, rəhbər yenə də dəyərləndirmə proseslərini icra edəcək və bu proses sadələşdirilmiş hesablamalar ilə olacaq, lakin, yenə də rəhbərin lazımlı məlumatları sistemdən kənarda qala biləcək. Bu həll, rəhbərin komanda üzvləri ilə bağlı qısa müddətli və parçalanmış göstəriciləri sistemə əlavə etməsi üzrə təyin edilə bilər. Bu da, sistemin tam avtomatlaşdırılması baxımından izlənilən prosesin ilkin addımı kimi sistemə verilənlərin manual daxil edilməsi dövründə məhsulun adaptasiyasının əldə olunması üçün ilkin addım ola bilər.
Bu prosesin tamamlanması fikri, rəhbərlərin komanda üzvləri barədə anlıq və veirlən dövr üzrə müəyyən edilən göstəricilər əsasında ümumi performans göstəricilərinə sistem tərəfindən təyin edilən dəyərləndirmə dövrlərindəki bəyanları üzrə daxil ediləcək şəkildə və sistemdə rəhbərə görünən olmaqla var olacaq stuktur ilə daxil etməsi, və bu artifaktların rəhbərin yekun dəyərləndirmələrində əlçatan olması ilə birlikdə yekun hesablama çalışmalarının sadələşdirilməsində müsbət rol oynaması üzrə icra edilə bilər. Bu arxitektura rəhbərdən lazımi tezliklərdə və sıxlıqlarda sistemə veirlənləri daxil etməklə, hesablamaların avtomatlaşdırlması üçün təməl baza verilənlərinin formalaşdırlması üçün təkan verməsinə nail olmasını istəməklə baş verə bilər.
Sistemin göstəricilərə əsaslanan hesablamaları avtomatlaşdırması.
Həllin ikinci hissəsi isə artıq rəhbərin komanda üzvü barədə dəyərləndirmə meyarını təyin etməsindən sonra baş tutur. Bu prosesin daxilində də o, artıq əldə etdiyi məlumatları sistemin təyin etdiyi göstəricilərə əsaslandırmaqla yekun rəyləri formalaşdırması üzrə icra edə bilər. Bu proses iki addımdan təşkil olunur ki, sırası ilə, rəhbərin lazımi meyara uyğun olan dəyərləndirməni hesablaması və sonrasında onun sitemdəki roluna uyğun olaraq göstəricilərlə bərabərləşdirməsi ilə təmin edilə bilər. Bu prosesin avtomatlaşdırılması əsasən sistem üçün sadə bir prosesdir. Onun tək ehtiyacı ilkin verlənlərdir ki, sistem göstəriciləri üzrə bu dəyərləri uyğunlaşdırmaqla düzgün yekun təyin etsin.
İlkin olaraq uzlaşdırmaq nöqtəsində əlaqəli olan meyarların düzgün təyin edilən dəyərlər ilə əlaqələndirilməsi üçün göstəricilərin hansı meyarlar ilə əlaqəli olmasını bilib ona uyğun addım atmaq lazımdır. Bunun üçün də sistem təyin edilən göstəricini lazım olan meyarlar üzrə tətbiq edib bunu istifadəçiyə anlaşılan hala gətirməlidir. Həmin göstəricilərin əlçatan olması hesablama zamanı bu meyarlar əsasında hesablamaların sadələşdirilməsi üçün prosesə dəstək verməklə rəhbərin düşüncə prosesini sadələşdirəcəkdir ki, bunu etməsi onun anlıq olaraq rəhbərin hesablamaları hansı qaydalar daxilində icra etməsi ilə təmin etməsi ilə baş tutacaqdır.
Sonraki addımda rəhbərin yekun dəyəri təmin etməsi isə hesablama prosesinə əsaslanır ki, bu addımın avtomatlaşdırılması üzrə hesablamanı sistemin icra etməsi üçün sistemin iki anlayışı olmalıdır. Bunlardan birinisi artıq mövcuddur çünki, əvvəldə addımda sistem bunu istifadəçiyə təqdim etmiş olur ki, bu da, meyarların göstəricilər ilə əlaqəsini aydın etməkdir. İkinci faktor isə meyarları istifadəçidən əldə etməklə bağlıdır ki, həmin meyarları bərabərliyə yerləşdirməklə düzgün əsas qəbul etsinlər. Bunu sistem icra etməklə istifadəçiyə həm ilkin seçilmiş dəyər verir, həm seçilən seçimlə bağlı bildiriş verə bilir, həm də yekun dəyərin doğrulunuğunu təmin edir ki, bunun üçün istifadəçidən onun artıq meyarların hesablanması üzrə ilk addımda əldə edilən və anlıq mövcud olan və əlçatan olan göstəriciləri tələb edir. Beləcə, hesablamaları icra etməklə yekun verilənləri istifadəçiyə təmin edir.
Rəhbərin komanda ilə bağlı hədəflərinin davamlı optimizasiyası.
Rəhbərin ikinci təcrübəsi istifadəçi qismində öz komanda üzvlərinin (işçilər) inkişaf layihələrini idarə etməkdir. Bu zaman tətbiq edilən əsas maraq resurslar qismində işçilər ilə bağlı olan hədəflərin əldə edilməsidir. Onların layihələr üzrə qiymətləndirilməsinin bir çox hədəf üzrə rolu vardır. Bunlardan biri də, rəhbərlərin öz hədəfləri istiqamətində təşkil etməli olduğu komanda şəklini davamlı olaraq optimizə etməklə formalaşdırıb qorumaqdır. Bunun üçün də mütəmadi olaraq dəyərləndirmənin icrası ilə komandanı şəkilləndirirlər. Bu prosesin daxilində fərqli həllər ola bilər ki, bunlardan biri də işçilərin bacarıqlarının inkişaf etdirilməsidir. Bu addım işçilər ilə bağlı olaraq rəhbərin formalaşdırdığı hədəflərinə nail olması üçün təyin edilən çalışmaları əhatə edir.
İnkişaf konsept olaraq maraqlardan ayrı çalışan proses kimi.
Texniki olaraq inkişaf, öyrənmə və bənzəri çalışmalar işçilər tərəfindən istənilən konteksdə icra edilə bilər. Buradaki əsas struktur çalışmanın mahiyyətinin anlaşılmasıdır. Bu da, izlənilən çalışmaların arzulanan yekun nəticələrin əldə edilməsi ilə bağlıdır. Bu prosesin fərqli giriş nöqtələrindən qaynaqlanması mümkündür ki, bunlardan biri də rəhbərlərin bu prosesləri onların inkişafı çalışması olaraq təyin etmiş olmasıdır. Ümumi struktur baxımından da əsas mahiyyət məhz layihənin düzgün izlənilməsi ilə yekun maraqların qarşılanması bu zaman prosesin necə və hansı maraqdan başlanmasının əsas diqqət mərkəzində olmamasıdır.
Rəhbərin komanda üzvləri üzrə inkişaf çalışmalarından maraqları.
Bu prosesin əsas prinsipi onun davamlı olaraq çalışmaqla rəhbərin yekun komanda üzrə maraqlarına nail olmaqda uğurlu olması ilə bağlıdır. Bizim layihə çərçivsəində problemlər və uğurlar istifadə edilən çalışmalar və onların həllə yönəlmiş performansı ilə bağlıdır. Bu baxımdan da işçinin öz performansına aid olan istiqamətləri nəzərə almalı deyilik bu çalışmaların daxilində. Həmin layihələrin hədəflərə uyğunluğu və nəticələri təmin etməsi bu döngünü tamalayır və yekun maraqlar ilə uzlaşma baxımından ortaya nəticələr çıxarır. Bu baxımdan da rəhbərin bu təcrübədə əsas məqsədi həmin maraqlara nail olmaq, bunun üçün isə düzgün layihələrin tətbiq edilməsi ilə bağlı olmalıdır.
İnkişaf çalışmasının təşkilində rəhbərin seçim döngüsü.
Rəhbərin bu prosesdə istifadə etdiyi əsas təcrübə əslində klassik bir yanaşma olaraq seçim, dəyərləndirmə və geri dönüşdən öyrənməklə optimizə etmə prosesidir. Buradaki əsas axış rəhbərin hədəflə uzlaşan layihə seçimi etməsi və bunu tamamlamaqla nəticələri izləməsidir. Hədəflər ilə qərarların uzlaşmasının əsas mənbəyi verilən qərarların düzgün verilənlərə və əvvəlki göstəricilərə - risklərin aradan qaldırılmasına olan ehtiyacı ilə təyin edilir. Seçimin sonrasındaki proseslər də, həmçinin izlənilən çalışmanın hədəflə olan uzlaşmasını anlayıb dəyərləndirmək və gələcək ilə bağlı olaraq fikir yaratmaqla bağlıdır. Yəni ki, gələcəkdə yarananacaq bənzər çalışma ilə əlaqələndiriləcək geri dönüşün qazanılması prosesin inkişafı baxımından hədəfin əldə edilməsinin istənilən halında müsbət nəticə olaraq qazanılmaslı olan dəyədir.
Düzgün həll istiqamətinin seçilməsinin avtomatlaşdırılması üçün üsullar.
Bu prosesin daxilində rəhbər üçün təcrübənin asanlaşdırılması və məhsulun resurslar baxımından optimizasiya təmin etməsinin əsas istiqaməti bu proseslərin avtomatlaşdırılması ilə sadələşdirilməsi arasında çalışacaqdır. Bunun üçün də seçimin dəstəklənməsi üçün rəhbərin ehtiyacı seçiləcək həllin hədəfə uyğunluğu baxımından risklərin azaldılacağı göstəricilərin əldə olunmasıdır. Eləcə də, seçim prosesinin sadələşdirilməsindəki əsas həll seçimin hədəfə uyğunluğu üzrə təyin edilməsi prosesinin sürətləndirilməsi və bu istiqamətdəki biliyin əlçatanlığının qazanılması olmalıdır. Beləcə, həllin əsas mahiyyəti rəhbərin qərar səviyyəsinə endirilməsinə qədər, icra edilən seçim prosesinin seçimin tapılması və təyini baxımından həm bu prosesin sürətlənməsi, həm də nəticənin əldə edilməsi baxımından risklərin azaldılması istiqamətində mövcud verilənlərin təşkili ilə dəstəklənməsinə əsaslanmalıdır.
İşçilərin inkişaf layihələrinin döngüsü üzrə avtomatlaşdırma.
Rəhbərin lazım olan həlləri seçməsi prosesinin əsas mahiyyəti seçilən həllərin hədəflərə uzlaşması prosesidir. Bunun da əsasən iki çıxışı olan bir proses olması platforma daxilində həmin iki istiqamətin təcrübəsinin ümumi arxitektura əsasında optimallaşdırılması lazımdır. Bu tətbiqin mahiyyəti rəhbərlər üçün üzvlərin inkişaf planlarının avtomatlaşdırılması olduğundan seçimlərin edilməsi prosesi sistem tərəfdən icra edilməlidir və bu hədəflə uyğunluq içərisində olmalıdır. Bunun üçün də, sistemin lazımi resurslara və layihələrə əlçatanlığı lazımdır. Beləcə, platforma daxilində tətbiq olunacaq ümumi resurs bazasının formalaşması şirkət daxilində resursların təmin olunması və seçimi prosesinin şirkət tərəfindən tətbiq edilən həlli kimi ələ alına bilər. Bu baxımdan da ilkin seçim və seçimin istifadəsinə əsaslanan tətbiqlər bu arxitektura üzərindən tətbiq edilməlidir.
Ümumi tətbiqin həlli qeydlərimizin əsasında ortaq resurslar bazasının yaradılması ilə başlayırki, bu baza resurslar üçün referans kitabxanası rolu oynayır və onun daxili strukturunun mahiyyəti verilən resurslar ilə hədəflər arasındaki uzlaşmanın yaradılması ilə bunun davamlı optimizasiyasının təmin olunmasıdır. Bu təminatın əsasında duran konsept geri dönüşdür ki, bunu da həmin resurslardan və əlaqəli kontektslər üzrə istifadə edən subyektlər verilən maraqlar əsasında icra etməlidir. Həmin resursların yaradılması sonradan seçim üçün də imkan yaradacaqdır. Geri dönüşün təmin edilməsi resursların hədəflərə uzlaşdırılması ilə növbəti seçim addımlarında düzgün seçimlərin yaradılması üçün vacib həlldir ki, təmin geri dönüşün özünün alınması arxitektura olaraq özü də təcrübə kimi prosesin sonrasında optimizə edilə bilər.
Ümumi resurs bazasının təmin edilməsi ilə birlikdə rəhbərlərin sahib olduğu axtarış və seçim strukturu genişlənmiş olur. Rəhbərin hədəf üzrə seçimi və seçimdən sonraki proseslərin avtomatlaşdırılması sistemin və ya subyektin təcrübə olaraq konkret hədəfə sahib olub, mövcud resursları onların əsasında dəyərləndirməsi üzrə tamamlanmalıdır. Bu sistem üzrə tətbiq edilən həll sistemin subyektin əvəzinə bu qərarı verə bilməsi, bunun inkişafı baxımından geri dönüşləri istifadə etməsi və yekun təsdiqi istifadəçiyə saxlamısıdır. İlkin mərhələdə olan həll isə istifadəçilərin maraqlarını birbaşa sistemlə təyin etməklə məsləhət və ya istifadəçinin özünün inkişaf hədəfini təyin etməsi ilə birlikdə sistemin rolunun ona uyğun resursları düzgün məsləhətə sistemi ilə göstərməsi və nəticənin istifadəçidən gözləməsi ilə təyin etməlidir. Bu sistem arxitekturası gələcəkdə inkişaf potensialının əsas prinsiplərini də təyin etmiş olur.
Həllərin ümumi tətbiqindəki rol sistem ilə subyektin qarşılıqlı əlaqəsində yekun nəticələrin təmin olunmasının qorunması şərti ilə birlikdə işlərin icrasının tərəflər arasındaki bölgüsünün düzgün optimizasiyası ilə birlikdə subyektin iş yükünü azaltmaq və ümumi olaraq sistemə təhvil etməklə birlikdə ümumi tələb olunan resursların təmin olunmasını əldə etmək mümkündür. Həll yanaşmasnının əsasındaki prinsiplər isə istifadəçi davranışlarının öyrənilməsi ilə birlikdə sistemin həcminin genişlənməsi paralelində avtomatlaşdırma səviyyəsini verilənlərin də artması ilə birlikdə inkişaf etdirməklə rəhbərlərin və istifadəçilərin seçim əsaslı iş yükünün azaldılmasını sistemin yekun həlli kimi deyil, istifadəçilərə lazım olan hallarda tətbiq edilə biləcək imkanlar olaraq təmin etməklə istifadəçilərin verilənləri əsasında proseslərin inkişafı üzrə davam etdirmək lazımdır.
İstifadəçinin resurslarının təmin edilməsi üçün əsas metod onun iş yükünün verilən zaman ərzində mövcud limitlər daxilində azaldılması və ləğv edilməsi arasında çalışır. Bunun icrası üçündə proseslərin daxilində həmin işlərin icrasındaki subyektin rolunun alternativləşdirilməsi və ya iş yükünün azaldılması istiqamətində həllərin təyini və tətbiqi prosesin növbəti addımı olmalıdır.
06. Dizayn artifaktlarının təyin edilən həllər əsasında yaradılması.
Layihənin təyin etdiyi həllərinin, texniki olaraq dizayna köçürülməsi onun sonraki addımlardaki test, icra, inkişaf və s. proseslərinə aid olaraq təyin edilir. Bu tapşırığın əsasında isə, təyin edilən həllərə uyğun olaraq tapşırığın əsasında tələb olunan məhsul sahəsinin vizuallaşdırılması üçün tətbiq edilən dizaynın ümumi halı dizayn faylında tətbiq edilmişdir. Dizayn seçimləri və tətbiqləri ilə bağlı olan həllər birbaşa təqdimat üçün daha effektiv olduğundan, layihənin təhvili üçün dizayn addımlarının qeydləri və seçimlərin təqdimatı dizayn faylının daxilində yer alır və birbaşa təqdimat və istifadə üçün nəzərdə tutulur. Dizayn faylına layihənin indeksindəki keçiddən istifadə edərək keçid etmək mümkündür.
07. Həllərin tətbiqi üzrə layihənin sonrakı addımları.
TLDR
İlkin tətbiq edilən həllər konsept səviyyəsində risklərin azaldılması istiqamətində inkişaf yoluna davam etdirilməlidir.
Tətbiq edilən həll yanaşması performans və dizayn üzrə iki istiqamətdə ayrılıqda dəyərləndirilməklə yekun halını alıb sonradan da inkişafa bu sahələrdə davam etməlidir.
Məhsulun həllinin ölçümləri onun təyin edilən istiqamətdə mümkün testlər və real layihələr üzrə istifadəsi ilə öyrənilməklə təmin olunmalıdır.
Məhsulun həll strategiyasının tərkibində həllərin optimizasiyası baxımından inkişaf (release) addımları öyrənmə geri dönüşləri üçün daxil edilməlidir.
Məhsulun cari addımında tətbiq edilən həll ilkin məhsul versiyası olmaqla mərhələli şəkildə arzulanan nəticələrin əldə edilməsi paralelində tətbiq edilməlidir.
Əldə edilən həllərin sonrakı addımlar ilə davam etdirilməsi.
Bizim burada tətbiq etdiyimiz həllin əsas məqsədi ilkin verilən problemin həllinə uyğun olan yanaşmamızı formalaşdırmaq və onu irəli sürmək üzrə təyin olunmuşdu. Layihənin bundan sonraki addımlarındaki axış artıq, təyin edilən və inkişaf etdirilməli olan həllin tətbiqi və sonrasında da verilənlər əsasında öyrənilməsi ilə optimizə edilməsi istiqamətində davam etməlidir. Layihənin ümumi maraqları baxımından bu prosesin necə izlənilməli olması bir çox meyarın, iş bölgüsünün, hədəflərin təsir dairəsinin cəmində qəbul edilməlidir. Bu baxımdan da sonraki addımlar barədə bizim yanaşmamız əsasən tətbiqin tələblərinin nə olmasından və bunların prosesə necə tətbiq edilməsindən ibarət olmalıdır.
Məhsulun uğurunun ölçülməsinin əsas istiqamətləri.
Yaradılan həllərin spesifik olaraq əsas aldığı göstəricilər vardır ki, onlar performansın bundan sonraki nəticələrini təyin etməsi üzrə izlənilməlidir. Bu baxımdan izləniləcək yanaşmanın ən əsas istiqaməti məhsulun yaradılması ilə real istifadə əsasında davam etməlidir. Amma, həllin istifadə ediləcəyi problem sahəsinin və iş mühitinin kompleksliyi, məhsulun adaptasiya dövrü və s. kimi faktorlar baxımından birbaşa tətbiq ilə keçidlərdən ibarət tətbiqin arasında daha optimal və risklərin qəbul edilə biləcəyi bir nöqtə və onun təşkil etdiyi strategiya bizim burada izləməli olacağımız istiqamət olmalıdır. Bu baxımdan da tətbiq prosesi layihənin uğuru üzrə olan risklərin azaldılması və yetərli səviyyədə göstəricilərin əldə edilməsinin sonrasında davam edə bilər.
Məhsulun sınaqdan keçirilməsi və istifadəyə verilməsi strategiyası.
Həll prosesinin tətbiq edilməsi baxımından mümkün olaraq real səviyyəyə ən uyğun istiqamət həllərin problemin qarşılığında istifadəsi zamanı yaranan nəticələr olduğundan prosesə tətbiqin əsas, amma risklərin az olacağı qruplar ilə başlamaq mümkündür. Bunun üçün də, tətbiq edilə biləcək komandalar onların texnologiyaya olan adaptasiyası, proseslərinin nəticələrinin ümumi təsirləri və digər göstəriciləri əsasında təyin edilə bilər. Həmin proseslərin nəticəsində təyin edilən qruların bu məhsuldan istifadəsi bizə məhsulun performans olaraq maraqlara uyğunlaşdırılmasındaki problemlərin bizim fərziyyələr üzrə öyrənilə bilməsinə imkan yaradacaqdır. Buradaki geri dönüş əsasən iki səviyyədə yaranacaqdır ki,
Məhsulun texniki istifadəsi baxımından təcrübə və dizayn əsaslı problemlərin aşkarlanması ilə məhsul istifadəsinin yaratdığı problemlərin təyin və inkişaf etdirilməsi.
Məhsulun istifadəsi ilə birlikdə yekun performans göstəricilərinin necə dəyişməsini ələ almaqla həllərin yekun nəticələr üzrə təsirinin öyrənilməsi və bu baxımdan inkişaf etdirilməsi.
Məhsulun sonrakı mərhələləri üçün yol xəritəsi.
Bu tapşırıq çərçivəsində əsasən ilkin olaraq həll konseptinin yaradılması əsas olduğundan sonraki addımların strategiyasını ümumi olaraq risklərin qəbul səviyyəsi baxımından həllərin yekun səviyyəyə çatması və sonrasında proseslərə davam etmək bizim üçün prosesin son addımı olaraq təyin edilə bilər. Layihə baxımından sonraki proseslər isə əvvəldə qeyd etdiyimiz kimi bu prosesdə təyin edilən məhsulun əsas maraqları istiqamətində tətbiq və öyrənilən göstəricilər ilə birlikdə məhsulun növbəti inkişaf səviyyələrinə onun əsas prinsipləri və həll istiqamətləri baxımından davam edə bilər. Bu prosesə keçid də, indiki həll fikirlərinin sınaq mərhələsinin tətbiqi ilə ilkin istifadəyə keçid və sonrasındaki öyrənmə prosesləri ilə davam edə bilər. Ümumi məhsul istiqaməti isə rəhbərlərin komanda idarəsi və maraqlar üzrə çalışma sahəsində inkişaf etdirilməklə davam edə bilər.
Layihənin sonraki addımları tapşırığının sahəsindən kənarda proseslərin təyin edilən həllərin mərhələləri şəkildə optimallaşdırılması ilə risklərin azaldılması üzrə davam etdirilərək inkişaf etdirilib, sonrasında istənilən səviyyəyə çatması halında ümumi istifadəyə keçid etməlidir.
08. Tapşırıq prosesinin əsasında əldə edilən təcrübələr.
Prosesin əsas həll tətbiqinin yaratdığı müsbət məhsul təsiri.
Layihə əsasında bir çox maraqlı məqam var idi. İlkin problemin təyin edilməsi bizə məhsulun bütün maraqları üzrə fikir verməklə sadəcə bu problemin deyil, məhsulun sonrakı addımlarının da əsasında duran istiqamət və prinsipləri təyin etməyə imkan yaratdı. Eləcə də, həll prosesinin izlənilməsi də, təməl problem sahəsinin həllinin uzun müddətdə hansı metod və texnika ilə davamlı inkişaf etdirilib həllərin təkmilləşdirilə bilməsi barədə fikirlər formalaşdırdı. Məhsulun və problem sahəsinin aid olduğu istiqamət ümumi prinsip etibarı ilə, resurslar və onların idarəsi eləcə də, hədəflər və onlara nail olma proseslərinə aid olması dizayn perspektivindən bu istiqamətə daha da maraq qazanmasına səbəb oldu ki, bunun da səbəbi dizaynın əsas funksiyası ilə problemin uzlaşması idi.
Layihənin əsasında qazanılan keyfiyyətlərin əsasları.
Fərdi olaraq kompleks bir problem sahəsi üzərində səthi olaraq sadə görülən bir tapşırıq üzrə çalışmaq ümumi sahənin anlaşılması istiqamətində qarışıq strukturların anlaşılması, onun sintezi və əlaqəli həll proseslərinin izlənilməsi baxımından müsbət təcrübələr və bacarıqların formalaşması üzrə imkanlar yaratdı. Eləcə də, bu proseslərin daxilində bu tip kompleks problem sahələri üzrə qoyulan tapşırıqlara necə yanaşma mövzusunda problemin təyini, həll prosesinin strukturu və tətbiqi istiqamətində yeni və fərqli olan biliklərin qazanılması da layihənin əsasında əldə edilən əsas müsbət istiqamətlərdəndir.
Proseslərin yaratdığı və qarşılaşılan çətinliklər.
Çalışma prosesi boyunca çətinlik çəkilən texniki mövzulardan: mövcud verilənlərin olmaması, qarşılıqlı çalışma sahələrinin əlçatan olmaması və s. kimi çətinliklərdən əlavə layihələndirmə baxımından bir çox istiqamətdə olan maraqların cəmi olaraq yaranan problemlərin həllində üstünlükləri təyin etmək və ortaq həllərin yaradılmasında seçimlərin icrası proses zamanı çətinlik yaradan faktorlar idi. Onların həlli boyunca öyrənilən yanaşmalar başlanğıcda olan daha ümumi və qeyri-spesifik olan yanaşma çətinliklərini aradan qaldırdı.
Növbəti işlər üçün əsas öyrənilən təcrübələr.
Növbəti layihələrdə ilkin tapşırığın konkretləşdirilməsinin daha effektiv icra edilməsi, sonrasında həll prosesinin kompleksliyi barədə öncədən formalaşacaq anlayışların əsasında resursların düzgün bölgüsü və proseslərin davamlılığının daha effektiv izlənilməsi ən əsas üstünlük qazanacaq özəlliklər olaraq əldə edildi. Kompleks problem sahələri üzrə çalışarkən fərqli maraqların idarəsi və seçimlərin edilməsi zamanı qərarların verilməsində təyin ediləcək yanaşmalar baxımından proseslərin yekununda fərqli və dəyərli təcrübələr əldə edildi.
Diqqətiniz üçün təşəkkür edirəm. Layihə üzrə fikirlərinizi, suallarınızı və rəylərinizi eşitməkdən məmnun olaram.
Continue reading